Şirvanda oğurluq edən iki qardaş saxlanılıb
Şirvanda vətəndaşlarla məxsus iri buynuzlu heyvanları oğurlayan iki qardaş saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Minval.info-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə cari ilin sentyabr-noyabr ayları ərzində şəhər ərazisində yerləşən səkkiz fərdi təsərrüfatlardan 12 baş iribuynuzlu heyvanın
oğurlanması barədə müraciətlər daxil olub.
Hesablamalara görə zərərçəkmişlərə 10.000 manatdan çox maddi ziyan dəyib. ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərid və Əhmədağa Hüseynov
qardaşları saxlanılıblar.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları heyvanları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır