Sevgilisinin boğazını kəsən kişidən YENİ XƏBƏR

Bakıda sevgilisinin boğazını kəsən Ramil Rəhmanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Minval.info-nun məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Zeynal Ağayevin icraatına verilib.
Qeyd edək ki, Ramil Rəhmanov qısqanclıq zəminində Svetlana Məmmədova ilə aralarında yaranmış mübahisəni həll etmək üçün onu Zabrat qəsəbəsində özünə məxsus evin həyətinə gətirib.
Tərəflər arasında mübahisə həmin ünvanda daha da qızışıb və Ramil Rəhmanov Svetlana Məmmədovanı bıçaqlayıb.
Hadisə şahidi olan qonşular dərhal polisə xəbər veriblər. Prokurorluq və polis əməkdaşları əraziyə baxış keçiriblər.
Qonşuların sözlərinə görə, Ramil Rəhmanov bir neçə il əvvəl həyat yoldaşından ayrılıb, daha sonra adı çəkilən qadınla münasibət qurub.
Qətli törətməkdə şübhəli bilinən Ramil Rəhmanov hadisədən sonra könüllü şəkildə ərazi üzrə 15-ci polis bölməsinə gedərək təslim olub.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ”qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır