SEPAH-dan ABŞ-a SƏRT XƏBƏRDARLIQ: “Bu gün cəzalandırılacaq”
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a qarşı cavab tədbirlərinin iyulun 30-da həyata keçiriləcəyini bəyan edib.
Minval.info xəbər verir ki, bu barədə ISNA agentliyi SEPAH-ın açıqlamasına istinadən məlumat yayıb.
Bəyanatda ABŞ-ın İrana endirdiyi zərbələrə cavab veriləcəyi vurğulanaraq, “Təcavüzkar elə bu gün cəzalandırılacaq”, ifadəsi yer alıb.
ƏLAQƏLİ
ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı
Xatırladaq ki, daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin Fars körfəzində yerləşən İranın Qeşm adasına endirdiyi hava zərbəsi nəticəsində yaşayış binasının dağıldığı, iki nəfərin dağıntılar altında qaldığı bildirilmişdi.
Məlumata görə, hadisə yerində xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
SEPAH-ın bəyanatı ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı
Bəzi hərbçilər cərimə və ya həbs edilə bilər
Zabitlərin hərbi rütbəsi ilə bağlı yenilik
İranla müharibə ABŞ-a milyardlarla başa gəlib
Ərəb Koalisiyası: Səudiyyə Ərəbistanına atılan raketlər məhv edildi
Bölgədə ikinci savaş dalğası: Tunellər qazılır, qüvvələr artır