24.10.2026 - 14:14
Makron hökuməti etirazlara qarşı 70 minlik qüvvə səfərbər edir
Dünya 129 baxış

Makron hökuməti etirazlara qarşı 70 minlik qüvvə səfərbər edir

Fransada şənbə günü keçiriləcək genişmiqyaslı etirazların təhlükəsizliyini təmin etmək məqsədilə 70 min güc strukturu əməkdaşı səfərbər edilib. Publika.az-ın məlumatına görə, bu barədə “Le Figaro” xəbər yayıb.

Məqalədə qeyd olunur ki, Fransa hökuməti hərbi qulluqçularla yanaşı, elit xüsusi polis bölmələrini və jandarmeriyanı da aksiyaların keçirildiyi ərazilərə yerləşdirmək niyyətindədir. Təhlükəsizlik qüvvələrinə binaları qorumaq və hüquq-mühafizə orqanlarını dəstəkləmək üçün digər əməliyyatlar tapşırılıb.

Etirazlar zamanı helikopterlər, dronlar, zirehli maşınlar və su şırnaqlı xüsusi avtomobillər də istifadə ediləcək. Parisdə bir neçə nümayişin keçirilməsi planlaşdırılır və şəhərin müxtəlif ərazilərində təhlükəsizlik tədbirləri gücləndirilir.

Aksiyalarla əlaqədar bəzi küçələrdə hərəkət məhdudlaşdırılır və ictimai nəqliyyatın fəaliyyətində dəyişikliklər gözlənilir. Etiraz nümayişlərinin əsas marşrutları Sen-Lazar vağzalı, Respublika meydanı, Monparnas və Nation meydanı istiqamətlərində olacaq.

Xatırladaq ki, Fransada etirazlar sentyabrın sonlarında orta məktəb şagirdlərinin təhsil sistemindəki problemlərlə bağlı nümayişləri ilə başlayıb. Aksiyalar tədricən ölkə daxilində genişmiqyaslı iğtişaşlar kimi yayıldı. Daha sonra nümayişçilər yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxış etdilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: