Məşhur aktyora ağır itki üz verdi
Məşhur türk aktyoru Engin Altan Düzyatana ağır itki üz verib. Baku.ws-ın məlumatına görə, aktyorun atası Mövlan Düzyat dünyasını dəyişib.
Engin Altan Düzyatan bu kədərli xəbəri sosial şəbəkə vasitəsilə izləyiciləri ilə bölüşüb. O, “Atam Mövlan Düzyatanı itirməyin böyük kədərini yaşayırıq” sözlərini qeyd edib.
Aktyorun böyük qayınanası və məşhur aktrisa Hülya Koçyiğit də sosial şəbəkədə paylaşım edərək, Enginə başsağlığı verib. O, ailə fotolarını paylaşaraq, “Bu gün ailəmizin sevimli üzvü ilə vidalaşmağın kədərini yaşayırıq. Əziz oğlumuz Engin Altan Düzyatanın dəyərli atası Mövlan Düzyatanın itkisindən dərin kədər hissi duyuruq. Oğlumuz Engin Altan Düzyatanın kədərini ürəkdən bölüşür, mərhum üçün Allahdan rəhmət diləyirik” sözlərini yazıb.
Xatırladaq ki, Engin Altan Düzyatan 2014-cü ildə Hülya Koçyiğitin nəvəsi Neslişah Alkoçlar ilə ailə həyatı qurub. Cütlüyün Emir Aras və Alara adlı iki övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!