ABŞ kəşfiyyatının İran təhlükəsi ilə bağlı yeni məlumatları üzə çıxdı
ABŞ kəşfiyyatının İrana dair yeni məlumatları ortaya çıxıb. Məlumata görə, İran ABŞ-ın xaricdəki personelini hədəf almaq üçün səylərini əhəmiyyətli dərəcədə artırıb. Bu barədə “Axios” xəbər verir.
Minval.info xəbər verir ki, ABŞ Milli Kəşfiyyat Direktoru Cey Kleyton tərəfindən ABŞ Dövlət Katibi Marko Rubiyoya göndərilən kəşfiyyat notunda, İranın ABŞ vətəndaşlarına qarşı ölümcül sui-qəsd planlarının Orta Şərq və digər bəzi ölkələrdə irəlilədiyi qeyd olunub. Notda konkret olaraq kimlərin hədəf alındığı və ya bu planların mahiyyətinə dair ətraflı məlumat verilməyib.
Rubiyoya göndərilən kəşfiyyat notunda ABŞ hökuməti işçilərinin xaricdəki təhlükəsizliyinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. İranın Orta Şərq və digər bölgələrdə ABŞ hökuməti rəsmilərini hədəf almaq səylərinin xüsusi kəşfiyyat və analizlərə əsaslandığı bildirilib.
“Axios”a danışan bir rəsmi, ABŞ-ın Orta Şərqdəki səfirliklərində işçi sayının azaldılması barədə məlumat verib. Rəsmi qeyd edib ki, “Husi hücumları və İran mənşəli terror təhdidi səbəbindən fəaliyyətlərimizi azaltmaq və yalnız zəruri personalı saxlamağa qərar verdik.”
CNN-in məlumatına görə, ABŞ-ın Səudiyyə Ərəbistanındakı missiyasında çalışan bütün işçilər və ailə üzvlərinin təxliyəsi qərara alınıb. ABŞ Dövlət Departamenti isə bu qərarın yalnız Səudiyyə Ərəbistanı üçün keçərli olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İstanbulda beynəlxalq konfransda böhranlar müzakirə olundu
Keniyada Ebola təhlükəsi: ikinci ölüm hadisəsi qeydə alınıb
Makron hökuməti etirazlara qarşı 70 minlik qüvvə səfərbər edir
Fransada yeni etiraz dalğası: gərginlik artır
Kim Çen In dünyanın ən güclü ordusunu qurmağı hədəfləyir
Ukrayna Starlink məhdudiyyətləri ilə bağlı Trampın iddialarını təsdiqləmir