24.10.2026 - 13:54
Oryolda raket hücumu: bir neçə nəfər həyatını itirdi
Hadisə 175 baxış

Oryolda raket hücumu: bir neçə nəfər həyatını itirdi

Rusiyanın Oryol şəhərində mülki obyektə raket hücumu nəticəsində üç nəfərin həlak olduğu bildirilib. Publika.az-ın məlumatına görə, bu barədə Oryol vilayətinin qubernatoru Andrey Klıçkov açıqlama verib. O, qurbanların meyitlərinin dağıntıları təmizləyərkən aşkarlandığını qeyd edib.

Təcili yardım xidmətləri hücumun nəticələrini aradan qaldırmaq üçün işlərini davam etdirirlər. Zərərin miqyasını və kompensasiyanın məbləğini müəyyənləşdirmək məqsədilə şəhərdəki zədələnmiş mənzillərin yoxlanılmasına başlanılıb. Vilayət qubernatoru qurbanların ailələrinə və yaralılara lazımi dəstəyin göstəriləcəyini vurğulayıb.

Hücumdan əvvəl, oktyabrın 23-də, Klıçkov Ukrayna ordusunun Oryoldakı zavoda raket hücumu nəticəsində səkkiz nəfərin tibbi yardıma müraciət etdiyini bildirmişdi. Zavodda baş verən yanğın artıq söndürülüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: