İstanbulda beynəlxalq konfransda böhranlar müzakirə olundu
Səkkiz ölkənin xarici işlər nazirləri İstanbulda keçirilən 9-cu Arabuluculuq Konfransı çərçivəsində bir araya gələrək, Orta Şərqdəki gərginliklər, dəniz ticarət yollarındakı risklər və Qara dənizdəki gərginliyi müzakirə etdilər.
Minval.info xəbər verir ki, görüşlərin ardından yayımlanan ortaq bəyanatda, böhranların həlli üçün diplomatiya və müzakirələrin vacibliyi vurğulandı. Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının daxil olduğu R4 Qrupu ilə yanaşı, Almaniya, Böyük Britaniya, Fransa və İtaliyanın xarici işlər nazirləri də görüşdə iştirak etdilər.
Xarici işlər naziri Hakan Fidanın ev sahibliyi etdiyi bu görüşlərdə, R4 və E3 ölkələrinə İtaliyanın da əlavə edilməsi ilə genişləndirilmiş formatda ilk dəfə müzakirələr aparıldı. Görüşdə ABŞ/İsrail-İran qarşıdurması, İsrail-Fələstin münaqişəsi və iki dövlətli həll yolu ətraflı şəkildə müzakirə edildi.
Nazirlər həmçinin Husi milislərinin Səudiyyə Ərəbistanı və Yəmən hökumətinə qarşı hücumlarını qınadılar. Görüşlərdə dəniz yollarının təhlükəsizliyi və sərbəst hərəkəti də əsas müzakirə mövzularından biri oldu. Babülməndəb və Hürmüz boğazları, eləcə də Qara dənizdəki gərginliyin beynəlxalq ticarət və iqtisadiyyata təsirləri xüsusi diqqətə alındı.
Ortaq bəyanatda, bölgədə və daha geniş ərazidə sülh və sabitliyi gücləndirmək üçün diplomatik addımlara dəstək verməyə davam edəcəkləri vurğulandı. Bəyanatda həmçinin, BMT-nin müvafiq qərarları çərçivəsində davam edən bütün münaqişələrin müzakirələr yolu ilə həll edilməsinin vacibliyi qeyd olundu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keniyada Ebola təhlükəsi: ikinci ölüm hadisəsi qeydə alınıb
Makron hökuməti etirazlara qarşı 70 minlik qüvvə səfərbər edir
ABŞ kəşfiyyatının İran təhlükəsi ilə bağlı yeni məlumatları üzə çıxdı
Fransada yeni etiraz dalğası: gərginlik artır
Kim Çen In dünyanın ən güclü ordusunu qurmağı hədəfləyir
Ukrayna Starlink məhdudiyyətləri ilə bağlı Trampın iddialarını təsdiqləmir