“Savaşçı”da Naxçıvanla bağlı təhrif olduğu üçün 3 nəfər qovuldu
Rejissor-aktyor Kənan M.M Türkiyənin məşhur və işğal altında olan Qarabağdan da bəhs edilən serialı “Savaşçı”da Azərbaycanın ərazisinin təhrif olunmasından danışıb.
Musavat.com-a açıqlama verən sənətçi 49-cu bölümdə yer alan epizodik səhnədə Naxçıvan Muxtar Respublikasının xəritədən silindiyi görüntüləri belə şərh edib: “Əlbəttə, qəsdlə edilməyib. 19 yaşlı görüntü rəssamı var, o, internetdən götürdüyü şəkili divara vurub. Bilmədən edib. Mən də serialı izləyəndə gördüm. Buna görə iki gündür ki, yatmıram. Etirazımı bildirdim, üzr istədilər. 3 nəfər işdən çıxarıldı. Bu səhvə görə gələn bölüm Naxçıvan xəritəsi ilə başlayacaq və Azərbaycana həsr ediləcəyi yazılacaq. Mən naxçıvanlıyam. Rol aldığım ekran işində belə kobudluğa imkan vermərəm. Bizə nə qədər dəyər verdiklərini serialdan və buradakı münasibətdən görürəm. Təxribatdan söhbət gedə bilməz”.
Xatırladaq ki, azərbaycanlı rejissor Kənan Mahmudov və Elvin Əhmədov aktyor kimi “Savaşçı”da çəkilməyə başlayıb.
Qeyd edək ki, sözügedən məlumatı ilk olaraq minval.info saytı yayıb.
Könül,
Musavat.com


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
