17.09.2026 - 15:27
Gündəm 757 baxış

VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Minval.İnfo Gununsesi.info-ya istinadla xəbər verir ki, Ramiz Mehdiyev barəsində hazırlanmış ittiham aktı artıq ona təqdim olunub və hazırda ev dustaqlığında olan sabiq PA rəhbərinə məhkəməyə çağırışla bağlı bildiriş də göndərilib.

Məlumata görə, Ramiz Mehdiyev məhkəməyə müraciət edərək səhhətində problemlərin olduğunu əsas gətirib və prosesdə onlayn qaydada iştirak etmək istəyini bildirib.

Sabiq PA rəhbərinin bu müraciətinə məhkəmənin münasibəti sentyabrın 21-də keçiriləcək hazırlıq iclasında məlum olacaq.

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur. Bu ittihamlar üzrə cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində araşdırılıb və daha sonra məhkəməyə göndərilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: