"Sarı jiletlilər"in aksiyasına bibər qazı və su ilə müdaxilə - Paris dağılır (Fotolar, video)
Benzin qiymətinə etiraz etdilər, təzyiqli suya məruz qaldılar
Fransanın paytaxtı Parisdə benzin qiymətinin qaldırılmasına etiraz əlaməti olaraq təşkil edilən aksiyada polis gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, Yelisey meydanı həndəvərində “sarı jiletlilər” adlandırılan aksiya iştirakçıları və polis arasında yaşanan qarşıdurmada ən azı 18 nəfər saxlanılıb.
Parisə təhlükəsizlik məqsədilə 3 min nəfərlik polis gücü daha sövq edilib. Şəhərdə 30 min nəfərin bu etiraz aksiyasına qoşulduğu təxmin edilir. Fransa miqyasına yayılan etiraz dalğasının keçən həftəki ilk mərhələsində 280 mindən artıq insanın küçəyə çıxaraq aksiyaya qoşulduğu bildirilmişdi.
Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına görə, şənbə günü baş verən aksiyalara qatılım isə 80 min nəfərə yaxın olub.
https://youtube.com/watch?v=UX3Xpmg0egA
https://youtube.com/watch?v=z30q6yKGnqI










Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
