Salyanda vətəndaşları ziyarətə aparmaq adı ilə pullarını mənimsəyən Şirvan sakini saxlanılıb
Salyan polisi vətəndaşları Kərbəla və Məşhədə ziyarətə aparacağı vədi ilə dələduzluq edərək pullarını mənimsəmiş şəxsi saxlayıb.
Virualaz.org-un Şirvan bürosunun əldə etdiyi məlumata görə, dələduzluq faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ziyarətə getmək arzusunda olan şəxsləri aldadan şəxsin 32 yaşlı Şirvan şəhər sakini Amil Əlisəfa oğlu Zeynalov olduğu müəyyənləşdirilib.
Belə ki, A.Zeynalov Salyan rayonunun Xalac kənd sakini Cəmil Gülağa oğlu Mirzəyevi aldadaraq onu və həyat yoldaşını ziyarətə aparacağı vədi ilə 640 manatlarını, bundan başqa onun tanışları olan rayon sakinləri Nigar Hacıağa qızı Sadıqova və Sona Budaq qızı Həsənovanı da Kərbəla və Məşhədə aparacağı vədi ilə aldadaraq hər biri üçün ödənilmiş 320 manatı mənimsəyərək vədinə əməl etməyib.
Törətdiyi əmələ görə Amil Zeynalov həmin şəxsləri aparmadan ziyarətdən qayıdarkən saxlanılıb və törətdiyi əməli eturaf edib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır