Sahibə Qafarova Türkiyəyə gedir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı Konfransında iştirak etmək üçün dekabrın 8-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
Bu barədə Minval.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nümayəndə heyətinə Milli Məclisin deputatı Ceyhun Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Milli Məclis sədrinin İƏT Pİ-nin 16-cı konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə təşkilat çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, parlamentlərarası əlaqələrin dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər dekabrın 11-də başa çatacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu gün İstanbulda Ukrayna-Rusiya danışıqlarının növbəti raundu keçiriləcək
"Yaxın zamanlarda ciddi kadr islahatlarının şahidi olacağıq" — Deputat
Son dəqiqə! Bakıda güclü yanğın - Fotolar (Yenilənib)
Şəmkirin 17 ay istintaq olunan sabiq icra başçısının məhkəməsi başlayır
Azərbaycanda ağır qəza: 2 ölü, 4 yaralı
Bu yay çimərliklərə icazə veriləcək?