Şagirdlərin məktəbə mobil telefon gətirməsinə qadağa qoyulub?
Mobil telefonlar uşaqların psixologiyasına mənfi təsir edir, onların əqli inkişafının zəifləməsinə səbəb olur. Bu səbəbdən də dünyanın bəzi ölkələrinin orta təhsil müəssisələrində şagirdlərin mobil telefonlardan istifadə etməsinə icazə verilmir.
Azərbaycanın da bəzi məktəblərində şagirdlərin mobil cihazlardan istifadə etməsinə qadağa qoyulub. Ancaq bu proses əksər valideynlər tərəfindən xoş qarşılanmır. Valideynlər uşaqlarından məlumatlı olmaq üçün onların mobil telefonlardan istifadə etməsinin önəmli olduğunu hesab edirlər.
Son günlər orta məktəblərdə şagird-müəllim münasibətlərinə, təhsil prosesinə mənfi təsir edən videoların yayılması əslində bu qadağanın yerində olduğunu bir daha sübut edir. Şagirdlər dərsə diqqət yetirmək əvəzinə, məktəbdaxili intizam qaydalarına zidd hərəkətlərə yol verərək, bunu xüsusi “istedad” kimi də mobil telefonla çəkir və ictimailəşdirirlər.
Minval.info xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov “modern.az”-a bildirib ki, bu istiqamətdə nazirlik tərəfindən yeni qaydalar tərtib olunacaq:
“Telefonların məktəbə gətirilməsi və şagird davranışları barədə yeni qaydalar hazırlanmalıdır. Hazırda bu mövzu nazirlik tərəfindən müzakirə olunur. Biz bu qaydaları elə tənzimləməliyik ki, hər hansı sui-istifadə halları olmasın. Eyni zamanda, proses düzgün aparılsın”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sentyabrda bu bürclər üçün sevgi şansı!
3,1 milyard il əvvəl su vulkanları oyandırdı
Konqoda Ebola təhlükəsi: Yoluxma sürətlə artır
Birinci sinfə gecikənlər üçün qəbul yenidən başlayır
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Kolleclərə qəbul: 976 abituriyent uğur qazandı
Məktəblərdə fərdi yanaşma yox, vahid protokol!