Şagirdlərə dini mahnı oxudan müəllimə və məktəb direktoruna töhmət verildi - Video
Sosial şəbəkələrdə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə riyaziyyat müəlliminin şagirdlərə dini mahnı oxudarkən çəkilmiş videosu yayılıb. Mərkəzi Aran Regional Təhsil İdarəsi onlayn və sosial mediada şagirdlərə dini mahnının oxudulmasına dair yayımlanan həmin video ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo”nun məlumatına görə, Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.
Qeyd edilib ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb:
“Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kolleclərə qəbul: 976 abituriyent uğur qazandı
Məktəblərdə fərdi yanaşma yox, vahid protokol!
Finlandiyalı fenomen estetik əməliyyatda həyatını itirdi
Peşə məktəblərinə qəbulun son şansı başladı
Türk ölkəsi əlifbasını dəyişir: Yeni dövr başlayır
Qaynar çay və kofe xərçəng riskini artırır
Şükürbəyli kəndinə növbəti köç başladı