11.09.2026 - 17:22
Təhsil 15 baxış

Peşə məktəblərinə qəbulun son şansı başladı

2026/2027-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulunun üçüncü və sonuncu mərhələsi sentyabrın 11-dən etibarən başlayıb. Bu mərhələdə əvvəlki iki mərhələdə uğur qazanmayan və ya müraciət etməyən şəxslər iştirak edə bilərlər. Qeyd edək ki, artıq qəbul olunmuş və sənədlərini təsdiqləmiş şəxslər ixtisas dəyişmək üçün bu mərhələdə iştirak edə bilməzlər.

Minval.info xəbər verir ki, müraciətlər portal.edu.az saytında elektron qaydada həyata keçirilir. Boş qalan yerlərə sənəd qəbulu sentyabrın 14-də saat 12:00-da başa çatacaq. Müraciət prosesi aşağıdakı addımlarla həyata keçirilir: şəxsi kabinetə daxil olmaq, “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid etmək, “Müraciət et” bölməsinə daxil olmaq, şəxsi və əvvəlki təhsil məlumatlarını daxil etmək, vakant yerlərdən birini seçmək və müraciət etmək. Təsdiq alındıqdan sonra sənədlər peşə təhsili müəssisəsinə təqdim edilməlidir.

Hər bir vakant yerə ilk müraciət edən şəxs müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və bu bildirişdən sonra sentyabrın 14-də saat 18:00-dək sənədlərini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: