Şagirdini döyən müəllim işə qaytarılacaqmı? — RƏSMİ AÇIQLAMA
189-190 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyevanın işdən azad olunması haqqında verilmiş qərar müvafiq qanunvericiliyin tələbləri çərçivəsindədir.Minval.info AzVision-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib. Onun sözlərinə görə, müvafiq araşdırma müəllimin iştirakı ilə həyata keçirilib və məktəbin Həmkarlar İttifaqı Komitəsində aparılan müzakirə, eləcə də muəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq yekun qərar qəbul edilib.
Qeyd edək ki, Xanım Əliyeva adlı valideyn birinci sinif şagirdi olan qızının müəllimi tərəfindən döyüldüyünü iddia edib. Onun müraciəti əsasında müəllim S.Əliyeva işdən azad edilib. Lakin bununla məsələ bitməyib. Məlum olub ki, adıçəkilən valideyn də sinif otağında özü qızını döyərək ona xəsarətlər yetirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda peyda olan “qara maskalılar” - aksiyadırmı...
Aparıcı Aytən Səfərova: "Sanki sönmüşəm, qalxıb yerimək belə çətindir..."
Bakıda evlərdə koronavirusa qarşı testlər ediləcək
Nazir jurnalistə qarşı törədilən oğurluq cinayətini nəzarətinə götürdü
“Talıbovun papkası” rəfə qoyulmadı - yoxlamalar böyüyür
Şahdağ Turizm Kompleksinin vəzifəlisi işdən çıxarılıb?