07.09.2026 - 09:25
İqtisadiyyat 24 baxış

Lerikdə sakinlərin çəkdirdiyi yol üç günə dağıldı

Lerik rayonunun Zövnə kəndində sakinlər öz şəxsi vəsaitləri hesabına yol çəkdirmək üçün 24 700 manat toplayıblar. Lakin çəkilən yol cəmi üç gün sonra dağılaraq istifadəyə yararsız hala düşüb.

Minval.info xəbər verir ki, kənd sakinləri paytaxtda fəaliyyət göstərən özəl şirkətlə razılaşaraq yolun təmirinə başlayıblar. Lakin işlərin tamamlanmasından qısa müddət sonra yolun çökməsi sakinlərin narazılığına səbəb olub.

Sakinlər bildirirlər ki, işə başlamazdan əvvəl iş görən şəxs Elşad Qarayev onlara yolun uzunömürlü olacağına və hər hansı problem yaranarsa, məsuliyyəti öz üzərinə götürəcəyinə dair söz verib. Lakin sonradan bu vədlər yerinə yetirilməyib və Elşad Qarayev ittihamları qəbul etməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: