Fermerlərə yeni subsidiya imkanları təqdim edildi
Azərbaycanda fermerlər üçün yeni subsidiya imkanları təqdim edilib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bağların salınması zamanı fermerlərin subsidiya əldə etməsi üçün tələblər sadələşdirilib. Bu dəyişikliklər, ölkə üzrə bağçılıq sahəsində sertifikatlı ting tələbinin saxlanılması ilə yanaşı, torpağın elektrik keçiriciliyi və viruslardan azad olma ilə bağlı analiz tələblərinin aradan qaldırılmasını əhatə edir.
Minval.info xəbər verir ki, intensiv texniki və süfrəlik üzüm bağlarına verilən bağçılıq subsidiyası artıq bütün ölkə ərazisində tətbiq ediləcək. İntensiv zeytun bağları üçün minimum sahə tələbi 50 hektardan 5 hektara, Naxçıvan Muxtar Respublikasında isə bütün bağlar üzrə minimum sahə tələbi 1 hektara endirilib. Eyni zamanda, intensiv püstə bağları üçün yüksəklik həddi 1000 metrədək artırılıb.
Qarabağ və Şərqi Zəngəzurda nar üzrə minimum yüksəklik tələbi ləğv edilib, zeytun üzrə maksimal yüksəklik isə 300 metrə qədər artırılıb. Naxçıvanda qoz bağları üzrə minimum yüksəklik tələbi aradan qaldırılıb. Pambıq üzrə məhsul subsidiyası isə istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Ənənəvi suvarmada subsidiya 200 manat/ton, sprinkler və pivot suvarmada 215 manat/ton, damcı suvarmada isə 300 manat/ton olaraq müəyyən edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının əsas yollarında nəqliyyat sıxlığı artıb
Bakıda və rayonlarda elektrik fasilələri olacaq
Ət bahalaşır, kolbasa istehsalı sürətlənir
Azərbaycan taekvondoçuları İsveçrədə zirvəyə yüksəldi
Mançester Yunayted və Evertondan gərgin heç-heçə
Gənc rəssamdan yaşlanmaya fərqli baxış
Abşeron çimərliklərində küləkli və isti hava gözlənilir