Georgi Vitsin: Səhnədə qorxaq, həyatda qəhrəman!
Georgi Vitsin, milyonların sevimlisi olan “Qorxaq” obrazı ilə tanınsa da, onun şəxsi həyatı ekrandakı personajından tamamilə fərqli idi. Utancaq xarakterinə baxmayaraq, Vitsin səhnədə özünü sərbəst ifadə edən aktyorlardan biri idi. Uzun illər teatrda çalışan Vitsin, kinoda “Qorxaq”, “Səfeh” və “Təcrübəli” üçlüyünün bir hissəsi kimi böyük şöhrət qazanmışdı.
Minval.info xəbər verir ki, ekranda qorxaq, sərxoş və fırıldaqçı obrazlarını məharətlə canlandıran aktyor, real həyatda spirtli içkidən və siqaretdən uzaq durur, yoqa ilə məşğul olur, rəsm çəkir və sakit həyat tərzinə üstünlük verirdi. Yuri Nikulin və Yevgeni Morqunovla yaratdığı məşhur üçlük ekranda ayrılmaz görünsə də, onların şəxsi münasibətləri heç də həmişə belə ideal olmayıb. Xüsusilə Morqunovun xarakteri üç aktyor arasında müəyyən gərginliklərə səbəb olurdu.
Vitsinin həyatının son illəri də onun sadə və təvazökar xarakterini əks etdirirdi. O, şöhrətdən uzaq durur, göyərçinləri yemləyir və sakit həyat sürürdü. Aktyorun 1998-ci ildə həyat yoldaşına 84 yaşında vəfat edəcəyini düşündüyünü söyləməsi isə sonradan onun ölümü ilə bağlı yadda qalan sirli xatirələrdən birinə çevrildi. Vitsin 2001-ci il oktyabrın 22-də 84 yaşında vəfat edib. Vida mərasimində yaxınlarının razılığı ilə 12 göyərçinin səmaya buraxılması isə onun quşlara olan sevgisinə uyğun, simvolik və təsirli vida səhnəsi olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şuşa qayalarında vandalizm: Ad yazmaq yox, yaşatmaq!
A.B.İ. serialının yeni mövsümü sentyabrda başlayır
Avtomobil bazarında köhnə maşınlara tələbat artıb
Selen Öztürk yeni serialda baş rolda!
Murad və Ülviyə oğullarının ad günündə bir arada
Fidan Hacıyeva 50 yaşını opera festivalı ilə qeyd edir
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi