Taksi sürücüləri uşaqlı müştərilərdən niyə qaçır?
Bəzi taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan çəkinirlər. Bu məsələ sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Sürücülər bildirirlər ki, arxa oturacaqda uşaqların nəzarətsiz qalması və ayaqqabıları ilə oturacaqları çirkləndirməsi onların işini çətinləşdirir. Növbəti müştərilər isə bu vəziyyətlə qarşılaşdıqda narazılıq yaranır və sürücülərin proqramdakı reytinqləri azalır.
Minval.info xəbər verir ki, sürücülərin qarşılaşdığı digər bir problem isə sərnişinlərin avtomobildə qida qəbul etməsidir. Yemək qırıntıları və ləkələri təmizləmək hər dəfə mümkün olmur və bu, həm avtomobilin ümumi vəziyyətinə, həm də növbəti sərnişinlərin rahatlığına mənfi təsir göstərir.
Nəqliyyat ekspertləri vurğulayırlar ki, sürücülər işlərini itirməmək üçün qanunvericiliyə uyğun hərəkət etməlidirlər. Mövcud qanunvericiliyə əsasən, sərnişinlər də nəqliyyat vasitəsindən istifadə zamanı müəyyən edilmiş qaydalara riayət etməlidirlər. Avtomobilin çirkləndirilməsi və təhlükəsizlik qaydalarının pozulması hallarında sürücü yaranmış vəziyyətlə bağlı tədbir görülməsini tələb edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"