Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO
Ayağı zədələndiyi üçün Sabunçu Tibb Mərkəzinə gələn vətəndaş iddia edir ki, orada ondan gipsin bir hissəsini və binti öz hesabına alması tələb olunub.
Bu barədə Oxu.Az-a müraciət edən şikayətçi pasiyent Fərid Fuad oğlu Bayramov məlumat verib.
O qeyd edib ki, 13:30-də xəstəxanaya gəlib və tibb işçiləri ona ayağına gips qoyulması üçün lazım olan ləvazimatların bir hissəsini öz vəsaiti hesabına almalı olduğunu deyiblər:
ƏLAQƏLİ
Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
“Dedilər ki, gipsin bir hissəsi bizdə var, qalanını özünüz alın. Binti də özünüz almalısınız. Onları almadan ayağınızı gipsə qoymayacağıq”.
F.Bayramovun sözlərinə görə, bununla razılaşmayaraq aidiyyəti qurumlara şikayət edib.
O bildirib ki, bundan sonra xəstəxanada münasibət dəyişib və tələb olunan ləvazimatlar tapılıb.
Pasiyentin iddiasına görə, sonradan tibb işçiləri ona istifadə olunan gips və binti öz vəsaitləri hesabına aldıqlarını deyiblər.
Hazırda F.Bayramovun ayağı gipsə salınıb.
Şikayətçi həmçinin onu da qeyd edib ki, ondan sonra gələn pasiyentlərdən də öz vəsaitləri hesabına bint almaları tələb olunur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb, TƏBİB-dən şikayətin araşdırılacağı qeyd olunub.
XƏBƏRİN VİDEOSU
Xarici saytda yerləşdirmək üçün Embed Kodu:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
Elektron siqaret çəkənlərin nəzərinə!
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
Dermatoloqdan isti duşla bağlı xəbərdarlıq
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir
Paket çaylarda təhlükə: bir fincanda 2500 mikroplastik hissəcik aşkarlandı
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır?