Şabranda oğul anasını öldürməyə cəhd etdi
Şabran rayonunda oğul anasını öldürməyə cəhd edib.
Şabran Rayon Prokurorluğundan Minval.info-ya verilən məlumata görə, noyabrın 13-ü 1974-cü il təvəllüdlü Gülbahar Xudaverdiyevanın Şabran rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2001-ci il təvəllüdlü Asim Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülbahar Xudaverdiyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Asim Xudaverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lənkəranda “patı” əməliyyatı: 6 nəfər saxlanılıb
Astarada çətənə bitkisi yetişdirən ər-arvad və qayın saxlanılıb
Ələt-Astara yolunda dəhşətli qəza - Video
Bayılda dəhşətli sürüşmə anı – VİDEO
Azərbaycanlılar Gürcüstanda qəzaya düşdülər: yeddi yaralı
Bakıda sevgilisi tərəfindən vəhşicəsinə döyülən qızla bağlı yeni xəbər
Qazaxda yük maşını aşıb, xəsarət alan var