Azərbaycanda təcili yardım maşını qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb
Bu gün günorta saatlarında “Noxudlu yolu” deyilən Sabirabad-Salyan yolunun Sabirabad rayonunun Yaxadəllək kəndindən keçən 13-cü km-də təcili yardım maşını qəzaya uğrayıb.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Salyan Təcili Tibbi Yardım Stansiyasına məxsus olan, Salyan şəhər sakini 52 yaşlı Elşən Mustafayevin idarə etdiyi “UAZ” markalı avtomaşın Şirvan şəhərində yerləşən Diaqnostika Mərkəzindən tomoqrafiya yoxlamasından keçirilməyə göndərilmiş xəstəni geri gətirərərkən aşıb.
Hadisə nəticəsində avtomaşında olan xəstə – Neftçala rayonu Aşağı Surra kənd sakini, insult keçirdiyi üçün Salyan Mərkəzi Xəstəxanasında müalicə alan 58 yaşlı Güllüqız Qoca qızı Məlikova, xəstəni müşayiət edən reanimasiya şöbəsinin tibb bacısı, 56 yaşlı Gülnarə İmranova, xəstə ilə birgə Şirvana getmiş yaxınları – Hacıqabul rayonunun Qızılburun kənd sakini, 56 yaşlı Mərziyyə Məlikalı qızı Məlikova və onun qardaşı – 58 yaşlı Rəhim Məlikov, avtomobildə olan ehtiyat sürücü – Salyan şəhər sakini, 57 yaşlı İsa Əjdər oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisəyə səbəb təcili yardım maşınının qarşısına qəfil mal-qara sürüsü çıxdığı deyilir.
Xəstəxanadan verilən məlumata görə xəsarət alanların həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır