Sabir Rüstəmxanlı AzTV və Əməkdar artisti tənqid etdi

Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsinin Zəngilan bölümü tənqid olunub.
Minval.info verir ki, Xalq şairi Sabir Rüstəmxanlı Zəngilanda “Xudayar təsnifi”ni səsləndirən Əməkdar artist Babək Niftəliyev və AzTV-də verilişi ərsəyə gətirən komandanı tənqid edib. Millət vəkili feysbuk səhifəsində bu sözləri yazıb:
“Ənənəvi musiqi üçlüyü: Tar və kamança çalanlar, bir də müğənni, əlində qaval… Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini… Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar! Burada da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək… Ancaq mahnını dinləyəndə heyrətə gəldim. Burada, düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər musiqimizi işğal etmiş şit “diringi” əsəblərimi “cırmaqlamağa” başladı… İnsan gözüyumulu və əhlikef olmalıdır ki, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub “Könüllər cəlb edən bu xoş mənzərə…”, deyib oxusun. Görəsən bu üç sənət adamı ətrafa baxmırdılar? Düşünmürdülər ki bu ürək dağlayan görüntüyə “xoş mənzərə” demək olmaz? AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim”.
Layihənin rəhbəri Elnur Qədimov S. Rüstəmxanlının iradlarına cavab verərək bunları söyləyib:
“Hörmətli Sabir müəllim, bildirmək istəyirəm ki, dediyiniz həmin ənənəvi musiqi üçlüyü Zəngilan rayonunda sizin bəyənmədiyiniz “Vətən yaxşıdır” təsnifini ifa edir. İşinizin çoxluğundan unuda bilərsiz, mən xatırlatma edim. Həmin təsnif Vətən müharibəsindən sonra “Xudayar təsnifi” adlanır. Cənnət məkan şəhidimiz Xudayar Yusifzadə o təsnifi ifa etdikdən sonra mahnı bu adı alıb. Bildirim ki, məkanın kimi Zəngilanın seçilməsi əbəs deyil. Çünki Xudayar Zəngilan yaxınlığında şəhidlik zirvəsinə ucalıb. Biz bu işi görərkən bir daha şəhidimizin ruhuna olan borcumuzu ödədik. Bu faktları bilmədən həmin təsnifi şit “diringi” adlandıra bilərsiniz. Eybi yox. Mən sizin əvəzinizdən şəhidimizin ruhundan üzr istəyirəm”.
https://youtu.be/PNDOY9-7xoc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi