01.08.2026 - 16:37
Ölkə 37 baxış

Sabir rüstəmxanlı: Ana dilimizin ağrısı canımın ağrısıdır

Xalq şairi Sabir Rüstəmxanlı, 1 iyul – Ana dili günü münasibətilə Azərbaycan türkcəsində danışan və bu dili sevən insanlara təbrik mesajı göndərib. O, bu barədə sosial media hesabında paylaşım edib.

Minval.info xəbər verir ki, Rüstəmxanlı paylaşımında Ana dilimizin tarixi və əhəmiyyətindən bəhs edərək, onun qədim dövrlərdən bəri müxtəlif çətinliklərdən keçdiyini və bu gün də yaşamağa davam etdiyini vurğulayıb. O, dilimizin Azərbaycan Respublikasının rəsmi dövlət dili statusu ilə beynəlxalq aləmdə tanınmasının bütün çətinlikləri unutdurduğunu bildirib.

Rüstəmxanlı, “Dərbənddə, İranda, İraqda, Suriyada və Bakı reklamlarında dilimizin ağrısını öz canımın ağrısı kimi hiss edirəm” deyərək, dilimizin yaşamaq gücünü və əhəmiyyətini bir daha vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: