Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı–Tbilisi marşrutu üzrə əlavə qatar reysi bu gün yüz faizlik doluluqla yola düşüb. Baku.ws-ın məlumatına görə, sərnişinlər bu marşruta böyük maraq göstərirlər.
Bildirilib ki, noyabrın 1-dən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı artırılıb. Əvvəllər iki reys olan bu marşrutda, indi gündəlik dörd reys təşkil olunur. Bu da sərnişinlər üçün yerlərin sayını 386-dan 564-ə çatdıraraq, təxminən 50 faiz artım deməkdir.
Yeni reyslər sərnişinlərə həm də gündüz saatlarında səyahət etmə imkanı yaradır. Hər gün Bakıdan qatarlar saat 23:10 və 09:10-da, Tbilisidən isə 11:00 və 22:00-da hərəkət edəcək.
Sərnişinlər üçün minimum gediş haqqı Bakıdan Tbilisiyə 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat və Böyük Kəsikdən 36 manat təşkil edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır