02.11.2026 - 14:44
Alimlərdən xəbərdarlıq: Qlobal istiləşmə buzlaqlara geri dönməz zərər vura bilər
Dünya 225 baxış

Alimlərdən xəbərdarlıq: Qlobal istiləşmə buzlaqlara geri dönməz zərər vura bilər

Qlobal temperatur artımının 1,5 dərəcəni müvəqqəti də olsa keçməsi buzlaqların və qütb buz örtüklərinin geri dönməz şəkildə əriməsinə səbəb ola bilər.

Baku.ws-ın məlumatına görə, BMT-nin dəstəklədiyi hesabat 80 alimin araşdırmaları əsasında hazırlanıb. Sənəddə bildirilir ki, Yer kürəsi sənayeləşmədən əvvəlki dövrlə müqayisədə artıq 1,3 dərəcə istiləşib.

Alimlərin fikrincə, temperatur artımı 3 dərəcəyə çatarsa, daimi donmuş ərazilərin böyük hissəsi əriyə, okean axınlarında ciddi dəyişikliklər baş verə bilər. Qrenlandiya və Antarktida buz örtüklərinin əriməsi isə dəniz səviyyəsinin yüksəlməsini sürətləndirəcək.

Hesabatda vurğulanır ki, temperatur sonradan 1,5 dərəcəyə endirilsə belə, buzlaqlarda yaranan zərərin böyük hissəsini geri qaytarmaq mümkün olmayacaq. Buna görə də alimlər istixana qazı emissiyalarının təcili azaldılmasına çağırıblar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: