30.10.2026 - 11:54
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Ölkə 245 baxış

Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı

Şəki şəhərində yolların asfaltbeton örtüyünün əsaslı təmirinə başlanacaq. Baku.ws-ın məlumatına görə, bu işlər Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.

Təmir işlərinin dəyəri 921 630,08 manat olaraq müəyyən edilib. Layihə çərçivəsində şəhərin yol infrastrukturu yenilənəcək və nəqliyyatın hərəkəti daha rahat olacaq.

Bu yenidənqurma işləri şəhər sakinləri və ziyarətçiləri üçün daha təhlükəsiz və rahat yol şəraitinin yaradılmasına xidmət edəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: