02.11.2026 - 14:34
Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı
Kriminal 199 baxış

Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı

Özünü xeyriyyəçi kimi təqdim edərək sosial şəbəkələrdə ehtiyacı olan insanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə hücum edərək onu döyməsi ilə bağlı görüntülər yayımlanıb. Publika.az-ın məlumatına görə, bu hadisə Cəlilabadda, oktyabrın 30-da gecə saatlarında baş verib.

Məlumata əsasən, əsl adı Namiq Kəlbiyev olan şəxs Bakıdan Cəlilabada gedərək anasının yaşadığı evə pəncərədən daxil olub. O, mənzilə girdikdən sonra anasına hücum edərək ona fiziki xəsarət yetirib. Hadisə zamanı evdən qadının qışqırıq səsləri eşidilib.

Bildirilib ki, Namiq Kəlbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun anasına nə üçün xəsarət yetirdiyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, hazırda faktla bağlı müvafiq polis orqanında araşdırma aparılır.

SOSİAL MEDİA MƏZMUNU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: