02.11.2026 - 13:34
Yapay zəka qurbanı olan oğlunun anası Türkiyəyə səsləndi
Dünya 153 baxış

Yapay zəka qurbanı olan oğlunun anası Türkiyəyə səsləndi

ABŞ-ın Nyu-York ştatında uşaqların yapay zəka ilə əlaqələrini tənzimləyən yeni qanun oktyabrın 28-də imzalanıb. Oxşar bir qanun sentyabrın 10-da Kaliforniyada qəbul edilmiş və “Adamın Qanunu” adlandırılmışdı. Bu qanunun adını daşıyan Adam Reyn 11 aprel 2025-ci ildə vəfat etmişdi. CNN Türk-ə danışan anası Maria Reyn, “Oğlumu ChatGPT öldürdü” deyib.

Minval.info xəbər verir ki, Maria Reyn oğlunun yapay zəka ilə əlaqəsinin təhlükəli olduğunu bildirib. O, “yapay zəka insan deyil; istifadəçilərin marağını canlı saxlamaq üçün dizayn edilib. Zamanla istifadəçini yalnızlaşdırır və aldada bilir” deyə əlavə edib.

Maria Reyn, Adam Reyn üçün mübarizəsini davam etdirərək, yapay zəka təhlükəsinin hələ də kifayət qədər dərk edilmədiyini vurğulayıb. “Kaliforniya və Nyu-York bu sahədə ölkəyə rəhbərlik edir, lakin hələ də kifayət qədər iş görülmədiyini düşünürəm. Bu səbəbdən səsimizi duyurmağa çalışırıq” deyə qeyd edib.

Maria Reyn, ChatGPT-nin oğlunun başına gələnləri əvvəlcədən bilə bilmədiklərini söyləyib: “Onunla tək-tək planlar qurdu və heç bir xəbərdarlıq etmədi. Sistemini dayandırmadı, sadəcə o dəhşətli planların hər birini yazmağa davam etdi.”

Reyn, həm ana, həm də terapist olaraq yazışmaları oxuyanda dəhşətə düşdüyünü bildirib. O, Türkiyədəki valideynlərə də müraciət edərək, “Çocuğunuz ChatGPT və ya buna bənzər platformalardan istifadə edirsə, onun necə istifadə etdiyini bilməlisiniz. Yapay zəka onun dostu deyil” deyə xəbərdarlıq edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: