Sabiq baş həkim məhkəməyə məcburi gətiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Könül Abbasovanın məhkəməsi yenidən təxirə salınıb.
“Minval.info”un Cənub Mərkəzi xəbər verir ki, təqsirləndirilən şəxs məhkəmə prosesindən yayındığına görə barəsində məcburi gətirilmə qərarı verilib.
Bugünkü prosesdə təqsirləndirilən şəxsin vəkili K.Abbasovanın stasionar müalicə aldığı, bu səbəbdən prosesdə iştirak edə bilməyəcəyi barədə sənəd təqdim edib.
Proses sentyabrın 17-nə təxirə salınıb.
Könül Abbasovanın Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə vəzifə səlahiyyətindən sui-istifadə edib ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almaqda təqsirləndirilir.
O, Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq etməklə rüşvət alma) maddələri üzrə ittiham olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır