Sabahın havası

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Minval.İnfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Mayın 5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Mayın 5-7-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişlidir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəzi bölgələrdə leysan və güclü külək müşahidə olunur
Qarabağ və Dilbaz atlarına subsidiya dəstəyi
Sahibkarlara 633 investisiya təşviqi sənədi təqdim edildi
Məzhəb ayrı-seçkiliyi: Ağdaşda regional konfrans keçiriləcək
Fermerlərə yeni subsidiya imkanları təqdim edildi
Bakının əsas yollarında nəqliyyat sıxlığı artıb
Bakıda və rayonlarda elektrik fasilələri olacaq