Qarabağ və Dilbaz atlarına subsidiya dəstəyi
Azərbaycan, milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə ‘Qarabağ’ və ‘Dilbaz’ atlarının saxlanmasına subsidiya ayıracaq. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu at cinslərinə illik heyvan subsidiyası tətbiq ediləcək.
Minval.info xəbər verir ki, 2 yaşa qədər dayçalara 600 manat, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat, damazlıq ayğırlara isə 1 000 manat məbləğində illik subsidiya veriləcək. Subsidiya üçün əsas şərtlər arasında heyvanların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatı, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqi yer alır.
1 oktyabr 2026-cı ildən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara görə 1500 manat, ətlik cinslər üzrə isə 1000 manat subsidiya veriləcək. Mövcud təsərrüfatlarda cins sağmal heyvanlara 500 manat, yerli damazlıqdan yetişdirilmiş sağmal heyvanlara 800 manat, mələz sağmal heyvanlara isə 200 manat subsidiya tətbiq olunacaq. Təsərrüfatlarda heyvan subsidiyasından yararlanmaq üçün minimum 50 baş cins və ya minimum 100 baş mələz sağmal heyvan tələbi müəyyən edilib.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək