Məzhəb ayrı-seçkiliyi: Ağdaşda regional konfrans keçiriləcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 9 sentyabr 2026-cı il tarixində Ağdaş rayonunda “Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçiriləcək. Tədbirdə Dövlət Komitəsinin, Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı planlaşdırılır.
Minval.info xəbər verir ki, konfransın əsas məqsədi cəmiyyətdə məzhəb ayrı-seçkiliyi və məzhəbçilik zəminində radikallaşma risklərinə qarşı mübarizə yollarının müzakirəsi, Azərbaycanın tarixi birgəyaşayış ənənələrinin, sülh və harmoniya mühitinin təbliği, həmçinin milli-mənəvi həmrəyliyin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsinin aparılmasıdır.
Tədbir çərçivəsində “Azərbaycan birgəyaşayış nümunəsi kimi: tarixi ənənələr və müasir çağırışlar” və “Məzhəbçilik zəminində radikallaşma: risklər və mübarizə yolları” mövzuları üzrə panel müzakirələrin təşkili, eyni zamanda din xadimləri üçün təlimin keçirilməsi nəzərdə tutulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır