Sahibkarlara 633 investisiya təşviqi sənədi təqdim edildi
Azərbaycanda indiyədək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib. Bu sənədlər çərçivəsində 552 layihə artıq fəaliyyətə başlayıb. Ümumilikdə, 1,5 milyard ABŞ dolları dəyərində texnika və texnoloji avadanlıqların idxalı üçün 6 604 təsdiqedici sənəd verilib və sahibkarlar bu idxalda tətbiq olunan vergi və rüsumlardan 350,5 milyon ABŞ dolları məbləğində güzəşt əldə ediblər.
Minval.info xəbər verir ki, Azərbaycanda 1 yanvar 2029-cu ilədək bir sıra strateji istiqamətlər üzrə layihələrə investisiya təşviqi sənədi verilməsi davam edir. Bu layihələr arasında yerli xammal bazasına əsaslanan istehsal, bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı, tullantıların idarə olunması və təkrar emalı, dəniz suyunun duzsuzlaşdırılması, özəl sənaye məhəllələrinin yaradılması və digər sahələr üzrə layihələr yer alır.
İnvestisiya təşviqi sənədi əldə edən layihələr sənədin verildiyi tarixdən etibarən 7 il müddətində torpaq və əmlak vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və ƏDV-dən azad edilir, mənfəət və ya gəlir vergisinə isə 50% güzəşt tətbiq olunur. Sahibkarlar investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə və ya Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evlərinə müraciət edə bilərlər. Ətraflı məlumat üçün KOBİA 131 Çağrı Mərkəzinə müraciət etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır