07.09.2026 - 08:57
Ölkə 18 baxış

Bakıda və rayonlarda elektrik fasilələri olacaq

Sentyabrın 7-də paytaxt Bakının bəzi ərazilərində və Göyçay, Yevlax rayonlarında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək. Bu tədbirlər elektrik enerjisinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə həyata keçirilir.

Minval.info xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Abdulla Şaiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, 7-ci Sallaqxana, Tağı Şahbazi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.

Göyçay Elektrik Şəbəkəsinə daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində isə saat 10:00-dan 17:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq. Yevlax Elektrik Şəbəkəsinin ərazisində yerləşən Kövər kəndində də saat 10:00-dan 13:00-dək planlı fasilə tətbiq ediləcək. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: