Səyyad Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb, ECMO cihazına qoşulub

Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.
Minval.info xəbər verir ki, bu barədə “Report”a müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb: “Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq”.
Xatırladaq ki, S.Əlizadə 15 gün əvvəl koronavirusa yoluxub. Əvvəlcə evdə müalicə olunan müğənni səhhəti ağırlaşdıqdan sonra FHN-in Zığdakı modul tipli hospitalına yerləşdirilib. Ötən gecə isə Mərkəzi Gömrük Hospitalına köçürülüb.
Qeyd edək ki, ECMO – ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi