Səyavuş Aslanın oğlu sığınacağa yerləşdirildi - VİDEO
Mərhum Xalq artisti Səyavuş Aslanın oğlunun qalmağa evi yoxdur.
Minval.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məşhur aktyorun övladı Çingiz “Bizimləsən” proqramında qonaq olarkən deyib.
O, hostellərdə gecələdiyini qeyd edib. Aparıcı Zaur Baxşəliyev isə hostel sakinlərinin Çingizdən şikayətçi olduğunu, onunla bir yerdə qalmaq istəmədiklərini bildirib.
Proqramda məlumat verilib ki, Çingiz Aslan qaraciyər serrozundan əziyyət çəkir və ötən gün müvəqqəti olaraq sığınacağa yerləşdirilib.
Məlumat üçün bildirək ki, Azərbaycanın görkəmli sənətkarı Səyavuş Aslan 2013-cü ildə dünyasını dəyişəndən sonra onun şəhərin mərkəzindəki (Tarqovu yaxınlığında) bahalı evi məhz bu oğluna qalıb.
Onun ikinci oğlu Eldar isə uzun müddətdir ki, Moskvada yaşayır. Hazırda sığınacağa yerləşdirildiyi və “Səyavuş Aslan kimi bir aktyorun oğlunun qalmağa yeri yoxdur” kimi təqdim olunan Çingiz Aslan məhz atasının evini sataraq pis vərdişlərə xərcləyib. Ona görə də həmin pis vərdişlərin nəticəsi olaraq qaraciyər serrozundan əziyyət çəkir və sığınmağa yeri yoxdur…
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Natiq Şirinov ailəsi ilə birgə ölkəni tərk edir
Meyxana müzakirələrinə sənət adamlarından SƏRT SÖZLƏR: Bu əxlaqsızlıqdır!
Türkiyədə 18 Oktyabr konserti
AZAL Kino Arxivinə yeni sənədlər təhvil verdi
Azərbaycanda ən çox satılan kitablar - SİYAHI