“Şərq” bazarının taleyi ilə bağlı rəsmi açıqlama
Sosial şəbəkələrə “Şərq” bazarın sökülməsi ilə bağlı məlumatlar yayılıb.
Minval.info xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Lent.az-a açıqlama verərək məsələyə aydınlıq gətirib. Ş.İbadov bildirib ki, bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və tam sökülməyəcək:
“Şərq Bazarı artıq 5-6 aydır fəaliyyətini dayandırıb. O bina tarixi memarlıq nümunəsidir, bu səbəbdən də sökülə bilməz. Onun içərisindəki konstruksiyalar bərbad vəziyyətə salınıb. Bazarın içərində hərə bir arakəsmə, taxta ilə özünə bir obyekt düzəltmişdi. İndi həmin artıq şeylərin hamısı söküləcək. Ora gözəl bir tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacaq”.
RİH başçısının birinci müavini əlavə edib ki, hazırda “Şərq” bazırının daxilində təmir işləri aparılır: “Binanın əhatəsi bağlanıb və təxminən 6 aydan sonra “Şərq” bazarında işlər yekunlaşacaq. Təmir bitəndən sonra ətrafı gül-çiçəkli olan memarlıq abidəsi görünəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yeni nazir Səlim Müslümovun əsas adamını işdən çıxartdı
Vilayət Eyvazovdan rəis təyinatı
Azərbaycanda qaynar mürəbbə tası körpənin üzərinə dağılıb
Nazirlər Kabinetində iclas keçirilib
“Səhər duranda da onu axtarırıq...” - “Aprel şəhidi”nin xanımı
Sabah küçəyə çıxmayın! - Dezinfeksiya işləri aparılacaq