Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
Bakı, Sumqayıt, Xırdalan və 64 yaşayış məntəqəsində su təchizatının fasiləsizliyini artırmaq məqsədilə yeni layihələr həyata keçiriləcək. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib. Minval.info xəbər verir ki, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində mövcud su şəbəkələrinin yenilənməsi və genişləndirilməsi, su itkilərinin azaldılması və ‘ağıllı su şəbəkələri’nin tətbiqi əsas istiqamətlərdən biri olacaq.
Qurumun məlumatına görə, yeni su anbarlarının tikintisi və içməli suyun təmizlənməsi sistemlərinin müasirləşdirilməsi də planlaşdırılır. Bundan əlavə, alternativ su mənbələrinin cəlb edilməsi, dəniz suyunun duzsuzlaşdırılması və təmizlənmiş tullantı sulardan sənayedə təkrar istifadə imkanlarının yaradılması nəzərdə tutulur. Magistral və paylayıcı şəbəkələrdə sızmaların aşkarlanması üçün SCADA və IoT əsaslı monitorinq sistemləri tətbiq ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq
Formula 1: Bakı üçün qazanc və itkilər
Bakıda uşaq bezlərinin yerli istehsalına start verildi
Azərbaycanda bakalavr təhsili üçillik ola bilər