Sabunçuda lift kartları bloklandı: Səbəb borclardır!
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən ‘Uğur 2’ yaşayış kompleksinin sakinləri lift kartlarının bloklanmasından narazılıq edirlər. Sakinlər bildirirlər ki, liftlərdən istifadə üçün onlara xüsusi kartlar təqdim olunub, lakin bu kartlar son günlərdə bloklanıb və mənzillərinə qalxa bilmirlər.
Minval.info xəbər verir ki, sakinlərdən biri üç ildir bu binada yaşadığını və kartların işləmədiyini qeyd edib. O, səbəbini soruşduqda aydın məlumat ala bilmədiyini, lakin onlardan pul ödəmək və müqavilə bağlamaq tələb olunduğunu bildirib. Digər sakinlər isə kart sisteminin əsas məqsədinin pul yığmaq olduğunu iddia edirlər. Onlar əlavə kart üçün beş manat tələb edildiyini vurğulayıblar.
‘Uğur 2’ yaşayış kompleksinin xəzinədarı Kəmalə Əliyeva isə məsələyə aydınlıq gətirərək, məhdudiyyətlərin sakinlərin kommunal borclarını ödəməməsi ilə əlaqədar olduğunu bildirib. O, liftdən istifadənin dayandırılmasının səbəbi kimi borcların ödənilməməsini göstərib və kommunal ödənişlərin vaxtında həyata keçirilməsinin vacibliyini qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək