12.09.2026 - 09:07
Ölkə 13 baxış

Məktəbli formalarının qiymətləri: Valideynlər nə qədər ödəyəcək?

Yeni dərs ilinin başlamasına az qalmış valideynlər məktəb hazırlıqlarına sürətlə davam edirlər. Alış-veriş siyahısında dəftər, qələm, çanta və digər ləvazimatlarla yanaşı məktəbli formaları da xüsusi yer tutur. Məktəbli formalarının satıldığı mağazalarda canlanma müşahidə olunur. Valideynlərin üz tutduğu əsas ünvanlardan biri Bakı Tikiş Evidir. Burada oğlan və qızlar üçün məktəbli geyimlərinin qiymətləri əsasən eynidir. Qısaqol polo köynəklər 12 manat, uzunqol polo köynəklər 14 manat, şalvarlar isə 15 manatdır. Qızlar üçün ətəklər də 15 manata təklif olunur. Bundan əlavə, nazik jaket 20 manat, kapüşonlu jaket 25 manat, qalın jaket isə 22 manatdır. Geyimlər müxtəlif ölçülərdə təqdim olunur.

Minval.info xəbər verir ki, standart ölçüdən, yəni 26-54 ölçüdən böyük 56, 58 və 60 ölçülü şalvar, ətək və polo köynəklər parça sərfiyyatının çox olması səbəbindən standart qiymətə 5 manat əlavə edilməklə satılır. Məktəbli formalarının istehsalında həm yerli, həm də xaricdən gətirilən materiallardan istifadə edilir. Ətəklərin hazırlanmasında 60 faiz yun və 40 faiz polyester, köynəklərin istehsalında isə 100 faiz pambıq materialdan istifadə olunur. Materialların Belarus, Türkiyə və Özbəkistandan gətirildiyi bildirilir.

Məktəbli forması almaq üçün alternativ ünvanlardan biri də ticarət mərkəzləridir. Burada geyimlərin qiyməti məhsulun növünə, materialına və istehsalçısına görə dəyişir. Ticarət mərkəzlərində köynəklər 10 manatdan 25 manatadək, ətəklər 10-35 manat, şalvarlar isə 15-35 manat aralığında təklif olunur. Satışda həm yerli istehsal olan, həm də Türkiyə və digər ölkələrdən gətirilən məktəbli geyimləri var.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: