Nərimanov və Yasamalda gəlirli biznes imkanları
Daşınmaz əmlakın dəyəri zamanla necə dəyişəcək? Bu sual hər bir investorun ağlında olan əsas məsələlərdən biridir. Doğru lokasiya və düzgün seçimlə əldə edilən əmlakın gələcəkdə dəyərinin artması ehtimalı yüksəkdir. Xüsusilə kommersiya məqsədli daşınmaz əmlakda obyektin yerləşdiyi ərazi, ətrafdakı yaşayış fondu və potensial müştəri sayı kimi amillər investisiya qərarlarında mühüm rol oynayır.
Minval.info xəbər verir ki, Kristal İnvest daşınmaz əmlaka investisiya etmək istəyənlər üçün geniş seçimlər təqdim edir. Şirkətin bütün layihələrində qeyri-yaşayış obyektləri üçün müxtəlif ölçülərdə sahələr mövcuddur ki, bu da investorların fərqli məqsədlərinə uyğun seçim etmələrinə imkan verir.
Kristal-ın daşınmaz əmlak sektorundakı fəaliyyəti 2003-cü ildən başlayır və bu müddət ərzində Bakı, Sumqayıt və Xırdalan şəhərlərində 30-dan artıq yaşayış kompleksi istifadəyə verilib. Hazırda isə şirkət 11 genişmiqyaslı layihə üzərində çalışır. Bu layihələr Nərimanov, Yasamal, Xətai, Bayıl, Biləcəri, Sumqayıt və Xırdalan kimi əraziləri əhatə edir və geniş yaşayış fondu ilə yanaşı, gündəlik tələbat yaradan kommersiya imkanları ilə də diqqət çəkir.
City Garden Narimanov, Park Yasamal və Highland Residence layihələri xüsusilə seçilir. City Garden Narimanov 13 binadan ibarətdir və burada 90–548,58 m² kommersiya sahələri mövcuddur. Park Yasamal isə on minlərlə sakini və 98–2200 m² kommersiya sahələri ilə fərqlənir. Highland Residence-də isə 61,5–1000 m² aralığında kommersiya sahələri təqdim olunur.
Kristal İnvest-in təqdim etdiyi qeyri-yaşayış obyektləri, istər hazır biznes üçün məkan, istər gələcəkdə istifadə etmək, istərsə də daşınmaz əmlak portfelinə kommersiya obyekti əlavə etmək istəyənlər üçün fərqli imkanlar yaradır. Satış şərtləri və mövcud obyektlər haqqında ətraflı məlumat üçün Kristal-ın satış ofisinə yaxınlaşa və ya *1544-ə zəng edə bilərsiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda su kollektorunun problemi niyə həll olunmur?
Bakıda yağış sularına qarşı yeni layihələr
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi