12.09.2026 - 08:11
Ölkə 13 baxış

Bakıda su kollektorunun problemi niyə həll olunmur?

Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında yerləşən yaşayış sahəsində su kollektorunun partlaması nəticəsində yaranan problemlər hələ də tam aradan qaldırılmayıb. Sakinlərin bildirdiyinə görə, problemin ilkin əlamətləri 2014-cü ildən etibarən müşahidə olunurdu. Aidiyyəti qurumlara məlumat verilsə də, yalnız zədələnmiş hissə təmir edilib və problem köklü həllini tapmayıb.

Minval.info xəbər verir ki, 6 ay əvvəl çəkilən süjetdən sonra ərazidən keçən kollektor başqa yerə köçürülüb və çökmüş hissə bərpa olunub. Lakin görülən işlərə baxmayaraq, ərazidəki problemlər davam edir. Kollektorun partlaması səbəbindən çökmə baş verən hissədə yerləşən evin bir qismi və hasar sökülüb. Əsas çətinlik isə yolun bərbad vəziyyətdə olması ilə bağlıdır. Qazıntı işlərindən sonra yaranan palçıq və çöküntülər piyadaların və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Sakin Zərifə Hüseynova narazılığını ifadə edərək bildirib ki, “Aylar əvvəl dəfələrlə müraciət etsək də, gəlib baxmadılar. Ev tam çökəndən sonra məcbur qalıb sökdülər. Bir ay kirayədə qalmağım üçün pul verdilər, yarım ay isə öz hesabıma qaldım. Evimə qayıtsam da, yağış yağanda su mənzilin altına dolur. Yola öz hesabıma qum və daş tökmək məcburiyyətində qalmışam”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: