Sərdar Ortaçı Gürcüstan sərhədində soyundurdular - VİDEO
Tanınmış türkiyəli müğənni Sərdar Ortaç konsert vermək üçün dəvət aldığı Gürcüstanla sərhəddə xoşagəlməz insidentlə üzləşib.
Minval.info xəbər verir ki, buna səbəb müğənninin xəstəliyi ilə əlaqədar özü ilə götürdüyü dərmanlar olub.
Sərdar Ortaç öz “Instagram” səhifəsində bildirib ki, Gürcüstan sərhədçilərinə MS xəstəsi olduğunu (dağınıq skleroz – sinir sisteminin iltihabi xəstəliyi) izah etməyə çalışsa da, saatlarla gözlədilib, soyundurularaq üzərində axtarış aparılıb.
Bu hadisədən qəzəblənən müğənni ilk paylaşımında “məni az da olsa, sevirsinizsə, Gürcüstana gəlməyin” yazsa da, sonra ikinci bir paylaşımla bunu qəzəb içində yazdığını, başına gələnlərin bütün Gürcüstanla əlaqəsi olmadığını qeyd edib.
Gürcüstanda konsert verən müğənni çıxışına “səni sevirəm, Gürcüstan” deyərək başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda maşına silahla atəş açıldı
Bərdədə iki avtomobil toqquşdu, qadın sərnişin öldü
“Planet” şadlıq sarayının sahibi CƏRİMƏLƏNDİ
Arvadını öldürməkdə ittiham olunan hakimin cinayət işi məhkəməyə göndərilib
“AS İnşaat”ın əməkdaşı 11-ci mərtəbədən yıxılaraq öldü
Sabirabadda avtomobil aşdı: ölən var