Sənubər İsgəndərli aparıcılıq edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərli 7 ildən sonra yenidən aparıcılıq edəcək.
Minval.info bildirir ki, bu barədə qafqazinfo”ya sənətkarın özü məlumat verib. O bildirib ki, tezliklə “Xəzər TV”də efirə gedəcək “Sənətdən kənar” proqramı ilə tamaşaçıların görüşünə gələcək.
“Teatrlar 17 aydır bağlıdır, iş yoxdur. Ona görə də aparıcılıq təklifini qəbul etdim”, – deyə aktrisa vurğulayıb.
Onun sözlərinə görə, proqramda müxtəlif peşə sahiblərinin sənətdən kənar hobbiləri və s. məşğuliyyətlərindən bəhs olunacaq.
Əməkdar artist yeni serial təkliflərini qəbul etmədiyini açıqlayıb: “İstəmədim. Elə bir səbəbi yoxdur. Bəzən səbəbsiz də olur”.
Qeyd edək ki, S. İsgəndərli 2013-2014-cü illərdə “Kanal S” telekanalında (indiki “ARB Şəki” -red.) “Gəlin danışaq” verilişində aparıcılıq edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi