Şəmkir sakinlərindən örnək addım - FOTOLAR
BU DƏFƏ DƏLLƏR CƏYİR SAKİNLƏRİ YAXINLARININ EHSANINA YOL TƏMİR ETDİRDİLƏR
Bildiyiniz kimi, Şəmkir rayonunda milli-mənəvi dəyərlərimizdən olan yas mərasimlərinin sadələşdirilməsi istiqamətində ciddi addımlar atılır.
Çoxsaylı Şəmkir sakinlərinin müraciətindən sonra rayonda ehsan süfrələri sadə və hamının gücü çatan tərzdə verilir. Bu işi şəmkirlilər, xüsusilə ağsaqqallar yüksək qiymətləndirirlər.
Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon sakinləri artıq təmtəraqdan uzaq mərasimlər əvəzinə dünyadan köçən yaxınlarının ehsanı üçün xeyriyyə işləri həyata keçirməyə üstünlük verirlər. Bu artıq rayonda gözəl bir ənənəyə çevirilib. Sevindirici haldır bu ənənəni pozmağa cəhd edənlər elə sakinlərin özləri tərəfindən qınaq obyektinə çevrilir.
Bu günlərdə Şəmkirin Dəllər Cəyir kəndində vəfat edən Məmmədov Zöhrab Yaqub oğlunun yaxınları mərhumun ehsanına kənd sakinləri üçün xeyriyyə işləri həyata keçiriblər.
Belə ki, Dəllər Cəyir kənd İƏD-si üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kəndin mərkəzi küçəsi və mərkəzi küçənin ətrafında iki küçə qum-çınqıl tökülərək təmir edilib, kənd sakinlərinin istifadəsinə verilib.
Kənd sakinləri Şəmkir rayonunda belə bir təşəbbüs irəli çəkdiyi üçün rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moskva ilə Bakı arasında kruiz layneri istifadəyə veriləcək
Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır?
Sosial müdafiəyə ehtiyacı olan işsizlərə iş imkanları artırılır
Səyahətçilər daha dayanıqlı seçimlər etməyə üstünlük verirlər
Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
Oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı