28.10.2026 - 12:24
Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər
Sosial 200 baxış

Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər

Azərbaycanda ictimai nəqliyyat vasitələrinin elektriklə şarj olunmasında bərpa olunan enerji mənbələrindən istifadə edilməsi nəzərdə tutulur. Bu istiqamətdə pilot layihələrin tətbiqi planlaşdırılır.

Baku.ws-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbərinin müavini Fərman Qurbanlı Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda danışıb.

Fərman Qurbanlının sözlərinə görə, enerjinin daha səmərəli istifadəsi yanma nəticəsində yaranan emissiyaların azalmasına imkan verəcək ki, bu da 7-ci Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verəcək.

Nazirlik rəsmisi qeyd edib ki, metanın atmosferə birbaşa buraxılması nəticəsində yaranan emissiyaların azaldılması üçün əməliyyat prosesləri təkmilləşdiriləcək və daha səmərəli texnologiyalar tətbiq olunacaq.

Əlavə olaraq, avadanlıqlarda və boru kəmərlərində sızmaların aşkarlanması və aradan qaldırılması, emissiyaların kompensasiyası üzrə proqramların hazırlanması, meşələrin bərpası və bərpa olunan enerji layihələri vasitəsilə istixana qazlarının azaldılması da həyata keçiriləcək işlər sırasındadır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: