Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır?
Sosial şəbəkələrdə ideal görünüşə sahib olmaq arzusu bəzən gənclərin sağlamlığını təhlükəyə atır. Baku.ws-ın məlumatına görə, son zamanlarda 15-26 yaş arası gənclər arasında “Bonesmashing” adlı təhlükəli trend geniş yayılıb.
Bu trendin ardıcılları daha sərt çənə xətti və qabarıq almacıq sümükləri əldə etmək üçün üzlərinə çəkiclə zərbələr endirirlər. Bu üsulun populyarlığı xüsusilə sosial şəbəkələrdə artmaqdadır.
Baku TV-nin keçirdiyi sorğuda iştirak edən sakinlər bu trendi tənqid edərək, sağlamlığı xarici görünüş uğrunda təhlükəyə atmağın məntiqsiz olduğunu vurğulayıblar. Onlardan biri “Sifətinə niyə çəkiclə zərbə endirəsən ki?! Bir az arıqlasan, formaya düşür axı,” deyə bildirib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, üz sümüklərinə qəsdən zərbə endirilməsi sümük sınıqları, qanaxma, sinir zədələnməsi və hissiyyat itkisi kimi ciddi fəsadlara səbəb ola bilər.
Gəncləri bu riskə nə vadar edir?
Psixoloqlar gənclərin sosial mühitin təsiri, gözəllik standartları və öz görünüşlərindən narazılıq səbəbindən belə risklərə əl atdığını qeyd edirlər. Gənclər, sosial şəbəkələrdə gördükləri görünüş standartlarına uyğunlaşaraq, müəyyən qrupa aid olmaq və başqaları tərəfindən bəyənilmək istəyirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial müdafiəyə ehtiyacı olan işsizlərə iş imkanları artırılır
Səyahətçilər daha dayanıqlı seçimlər etməyə üstünlük verirlər
Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
Oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır